Vəzifə öhdəlikləri
- Statik və fırlanan avadanlıqlar üçün texniki sənədləri hazırlamaq və nəzərdən keçirmək.
- Statik və fırlanan avadanlıqlara dair istehsalçı sənədlərini (çertyojlar, spesifikasiyalar, məlumat vərəqləri, hesabatlar) nəzərdən keçirmək və şərh vermək.
- Layihə spesifikasiyalarından və ya işlər həcmindən irəli gələn istisna və ya dəyişiklikləri koordinasiyalı şəkildə qiymətləndirmək.
- Mühəndislik Sorğularının (ER) Qiymətləndirilməsi: Sahə komandaları tərəfindən təqdim edilən mühəndislik sorğularının texniki qiymətləndirilməsi, onların istismar tələbləri və uzunmüddətli təmir-xidmət strategiyaları ilə uyğunluğunu yoxlamaq
- Sahə Qiymətləndirmələri: Sorğularla bağlı sahədə faktiki vəziyyətin və işlər həcminin dəqiqləşdirilməsi üçün sahədə yoxlamaların aparılması.
- Sahə Mühəndisləri ilə Koordinasiya: Texniki əsaslandırmanı anlamaq, əlavə məlumat toplamaq və tam qiymətləndirmə aparmaq məqsədilə sahə mühəndisləri ilə əməkdaşlıq.
- Uyğunluğun və Standartlaşdırmanın Təmini: Bütün mühəndislik fəaliyyətlərinin zavod standartlarına, şirkət spesifikasiyalarına, normativ tələblərə (API, ASME və s.) və layihə spesifikasiyalarına uyğunluğunu yoxlamaq.
- Sorğunun Uyğunluğunu Təsdiqləmək: Mühəndislik sorğularının texniki və istehsalat baxımından əsaslandırılıb əsaslandırılmadığını müəyyənləşdirmək.
- İş Həcmi Sənədlərinin Hazırlanması: Texniki sənədlərin, ilkin çertyojların, mühəndis qeydlərinin hazırlanması və standartlara uyğunlaşdırılması
- Mərkəzi Mühəndisliklə Əlaqə: Təsdiq edilmiş sənədlərin dizayn, satınalma və ya mühəndislik üçün mərkəzi mühəndislik qrupuna ötürülməsi.
- Standartlara Uyğunluğun Təmini: Bütün sənədlərin daxili layihə spesifikasiyalarına və beynəlxalq təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsi.
Tələblər
Neft və qaz, həmçinin neft-kimya sənayesində statik və fırlanan avadanlıqlar üzrə mexaniki dizayn sahəsində minimum 3 il iş təcrübəsi.
- Mexaniki mühəndislik üzrə bakalavr dərəcəsi.
- Müstəqil və nəzarət altında işləmək bacarığı.
- Layihə tələblərinə uyğunlaşmaq və son tarixlərə riayət etmək bacarığı.
- Komanda ilə effektiv şifahi və yazılı ünsiyyət bacarığı
- Layihələrlə bağlı bütün mexaniki mühəndislik işlərini yerinə yetirmək bacarığı – təklif hazırlığı, dizayn və çertyojlar, mühəndislik hesablamaları daxil olmaqla
- Mühəndislik alətləri və spesifikasiyalarının hazırlanmas bacarığı, həmçinin layihələndirmə prosesində Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (HSE) aspektlərini yaxşı bilmək
- Fırlanan (nasoslar, kompressorlar, turbinlər) və statik avadanlıqlar (tutumlar, istilik dəyişdiricilər, çənlər) üzrə, həmçinin API, ISO, ASME və s. kimi beynəlxalq standartlar üzrə biliklərə sahib olmaq
- İngilis dilində texniki sənədlər və beynəlxalq layihə mühitində effektiv əməkdaşlıq üçün yaxşı səviyyədə şifahi və yazılı biliklər




