Sunday, July 13, 2025
Caspian Barrel
Advertisement
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • About Us
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • About Us
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Downstream Management is looking for a Production Specialist

Position: Production Specialist

05/06/2025
19
VIEWS
Share on FacebookShare on Twitter

Vəzifə adı /

Position title

İstehsalat üzrə mütəxəssis / Production Specialist

 

Kateqoriya /     

Position Type

☒Mühəndis-texniki heyət/    

    White collar

☐Fəhlə heyəti /

Blue collar

 

Department/

Departament

İstehsalat / Production

Vəzifənin məqsədi /

Job purpose

Bu vəzifə təlimatı üzrə müəyyən edilmiş əmək funksiyasını, NEZ üzrə verilmiş müvafiq əmr və göstərişlərin tələblərini icra etmək. İstehsalat tapşırıqlarının yerinə yetirilməsini,  istehsal  olunan  məhsulun  keyfiyyətinə  qoyulan tələblərə  əməl olunmasını təmin etmək.  İşçi personal tərəfindən NEZ daxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi norma və qaydalarına əməl edilməsinə nəzarəti təşkil etmək. Ətraf mühitin zərərli tullantılarla çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək. Səlahiyyətinə aid olan məsələlər üzrə ayrı-ayrı arayış və məlumatları hazırlamaq. İstehsalatın qurğularının, bölmələrinin, estakadaların, boru komunikasiyalarının, çənlər və avadanlıqların normal istismarı, istismara verilməsi, dayandırılması, təmirə hazırlanması və qəza vəziyyətində müdaxiləsi zamanı texniki və inzibati rəhbər tərəfindən təyin edilən təlimatlar əsasında iştirak etmək. Təmir planı çərçivəsində lazımi hazırlıqların aparılmasına nəzarət etmək, müvafiq prosesləri izləmək və problemlərin aradan qaldırılması üçün həll yolları təklif etmək. İstehsalat təlimatları, prosedurları, təlimat kitabçası və digər sənədləri mütəmadi olaraq nəzərdən keçirmək mövzu ilə bağlı lazımi təlimlərin aparılmasında iştirak etmək. Mövcud qanunvericiliyin və daxili qaydaların, standartların və təlimatların tələblərini yerinə yetirmək.

 

İş yeri /

Location/

Heydər Əliyev adına NEZ / Heydar Aliyev Oil Refinery

Vəzifə öhdəlikləri/

Job responsibilities

·        Məsul olduğu sahədə əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmasını, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət olunmasını təşkil və təmin edir.

·        Sağlam iş şəraitinin yaradılması, ərazinin abadlaşdırılması, sanitar normalara müvafiq saxlanılması, ətraf mühitə atılan zərərli tullantıların azaldılması üçün müntəzəm iş aparır.

·        Məsul olduğu sahədə baş verə biləcək qəza hallarının, bədbəxt və yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər təşkil edir, qəza vəziyyəti və xəsarətlərin səbəblərinin araşdırılmasında, qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir.

·        Katalizatorların, kimyəvi maddələrin, reagentlərin və s. maddələrin sərfi və qalıqları barədə hesabatı tərtib edir;

·        Sahənin  təsərrüfat  fəaliyyətinin  iqtisadi  təhlilini həyata keçirir, itkinin və  bütün  növ  ehtiyatların  təlabatlarının hazırlanmasında iştirak edir, illik və operativ proqnoz layihələrinin tərtib edilməsi üçün lazım olan ilkin məlumatları hazırlayır.

·        Sahəyə və istehsalata qəbul edilən və sərf olunan xammal, enerji növləri, material və reagentlərin,  emal  olunmuş neft məhsullarının, çənlərə qəbul edilən və göndərilən, estakadalardan qəbul edilən və yüklənən məhsulların gündəlik operativ uçotunu aparır və texniki – istehsal hesabatlarını tərtib edir.

·        Avadanlıqların yerləşdirilməsi, iş yerlərinin texniki təchizat və təşkili planlarını tərtib edir.

·        Texnoloji normativ, təlimat, sxemlər, marşrut xəritələri, məhsulun texniki səviyyəsi və keyfiyyət xəritələri və digər sahəyə aid sənədləri hazırlayır, istehsalın texnoloji prosesləri və rejimlərinin təshih edilməsi ilə əlaqədar olaraq texnoloji sənədlərdə dəyişikliklər aparır, işlənmiş sənədləri müəssisənin sahə və departamentləri ilə razılaşdırır.

·        Məsul olduğu sahə üzrə texnoloji intizama riayət olunmasına və texnoloji  avadanlıqların  düzgün  istismarına  nəzarət edir.

·        Yeni   texnoloji  proseslərin  mənimsənilməsi  və onların istehsalata tətbiqi üzrə eksperimental  işlərin keçirilməsində,  səmərəliliyin artırılması üçün sifarişlərin tərtib olunmasında iştirak edir.

·        Zay, aşağı keyfiyyətli və növlü məhsul buraxılışının səbəblərini təhlil  edir, onların  qarşısının  alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində iştirak edir.

·        Sahənin təlimatlara uyğun ritmik  işini,  istehsalat  gücünün səmərəli istifadəsini, xammalın və köməkçi materialların qənaətlə sərfinin təmin edilməsində iştirak edir.

·        Avadanlıqların, estakadaların, çənlərin, utilizator qazanlarının, nasos-kompressorların, qaldırıcı mexanizmlərin və s. düzgün texniki istismar edilməsinin təşkilində iştirak edir.

·        Məhsul,   reagentlər,   katalizator,   enerji   ehtiyatları  və  materialların  normalara uyğun istifadəsinə nəzarət  edir.

·        Sahə üzrə əməliyyatlara nəzarət edir, kənarçıxmaların  aşkar  edilməsində və aradan  qaldırılmasında iştirak edir.

·        Qurğunun və ayrı-ayrı avadanlıqlarının təmirə hazırlanmasını təşkil edir təmirdən  sonra  qəbulunda  iştirak  edir.

·        Sahənin şirkət qaydalarına uyğun lazımi təlimatlarla təmin olunmasını mütamadi yoxlayır.

·        Qəza hallarının aradan qaldırılmasında iştirak edir və lazimi tədbirlər görür.

·        Sahənin  bütün  avadanlıqlarının,  nəzarət – ölçü  cihazları  və  avtomatika  vasitələri  və s – nin təmirlərinin keyfiyyətinə nəzarəti təşkil edir.

·        Sahənin lazımi miqdarda mal-materiallar, reagentlər, ehtiyat hissələri ilə, işçilərin vaxtlı – vaxtında  xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir.

·        Əməliyyatların təkmilləşdirilməsi, istehsal olunan məhsulun keyfiyyətinin  yaxşılaşdırılması, itkilərin  azaldılması,  xammal,  enerji  ehtiyatları, reagentlər və s. sərf normalarının azaldılmasına yönəldilmiş təşkilati –  texniki tədbirlər planının hazırlanmasında iştirak edir.

·        Ayrı-ayrı avadanlıqların, kommunikasiyaların və s.- nin işində olan nasazlıqların aşkar edilməsi və onların vaxtında aradan qaldırılmasını iştirak edir.

·        Mövcüd təlimatlara uyğun olaraq qurğuların, çənlərin, estakadaların, kommunikasiyaların və digər avadanlıqların  işə buraxılması, normal istismarı və saxlanmasında iştirak edir.

·        Dəmiryol estakadasında dəmiryol sisternlərin və dəmiryol vaqonların, yükləmə estakadalarında yük maşınlarının və avtosisternlərin, dəniz yükləmə estakadasında tankerlərin neft və neft məhsullarının, reagent, kimyəvi və digər maddələrin yüklənməsi və boşaldılması əməliyyatlarının təşkilində və icrasında iştirak edir.

·        Konteynerlər, avtosisternlər, dəmiryol sisternləri, yük maşınları və s. nəqliyyat vasiyələri ilə daşınan neft və neft məhsulları, katalizatorlar, kimyəvi maddələr, reagentlər və s. maddələrin yükləmə və boşaltma əməliyyatları üzrə uçotunun, sənədləşmələrin və hesabatların aparılmasında iştirak edir.

·        Yeni  avadanlığın  quraşdırılmasında,  yoxlanmasın  da  istismara buraxılmasında yaxından iştirak  edir.

·        Avadanlıqların  vaxtından əvvəl sıradan çıxması səbəblərini araşdırır, onların aradan qaldırılması  üçün tədbirlər planı hazırlanmasında iştirak edir.

·        İşçiləri texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırır, əməyin  mühafizəsi  və  texniki  təhlükəsizlik  üzrə dövrü yoxlamalarda və sənədləşdırılməsində iştirak edir.

·        İstehsalatın bütün sahələrində avadanlıqların quraşdırılmasında, yoxlanmasında, istismara buraxılmasında yaxından iştirak edir.

·        Avadanlıqların   amortizasiya   müddətini   və   mənəvi   köhnəlməsini,  onların  silinməsini  sənədləşdirir  və həmçinin qara və əlvan metal qırıntılarının  və  tullantılarınin  istehsalatın  anbarına  təhvil  verilməsini  təşkil edir.

·        Sahə üçün lazımi mal-materiallar, yeni  avadanlıqlar  və s.- nin  alınması, bina, avadanlıq  və  mexanizmlərin təmiri üçün üçün sifarişləri  hazırlayır.

·        Sürtkü yağlarının müvafiq sərf normalarına uyğun istifadəsinə nəzarət edir və işlənmiş yağların regenerasiyaya göndərilməsini  təşkil edir;

·        İşçilərin təhlükəsiz iş metodlarının öyrənilməsini, iş bacarıqlarının təkmilləşdirilməsini, onların yeni avadanlıqlar ilə işləməyi öyrənməsini təmin edir.

·        İstehsalatın texnologiyasını, sahə əməliyyatlarını və işi   ilə   əlaqədar digər  prosesləri   öyrənir, müvafiq ədəbiyyat və qabaqcıl  iş təcrübəsindən istifadə edərək öz ixtisasını və nəzəri biliklərini artırır.

 

 

Birbaşa tabeliyində olan /

Direct reports

 

 

 

 

Əlaqəli tərəflər (daxili və xarici)/

Main interfaces (internal and external)

 

 

Kvalifikasiya tələbləri /

Qualification requirements

Təhsil:

               Orta təhsil.

Bilik və Bacarıqlar:

               Kimya sənayəsi üzrə məsul olduğu qurğuya aid təcrubə.

               Qurğunun istismara verilməsi ve durdurulması ilə elaqedar texniki təcrübə.

               Texniki sənəd üçün məlumatların oxunması (PI&D, Məntiq Diaqramı, Avadanlıq Datasheet, Səbəb və Təsir Diaqramı və s.)

               Təcili veziyətlərdə müdaxilə təcrübəsi

               Sadə mühəndislik hesablamaları bilikləri

               Kimyəvi maddə və kataliz seçimi

               Zavod prosesləri biliyi

 

 

Program biliyi:

               MS office

               HYSİS

               DCS programları

               3D programı

 

İdarəetme bacarıqları:

Analitik düşüncə

Etik davranış

               Öyrənmə ve inkişaf

               Problem həll etmə

               Məsulliyyət götürmə

               Qərar vermə

               Liderlik

               Risk idarəetməsi

               Səlahiyyətin ötürülməsi

               Strateji düşünmə

 

Təcrübə tələbləri /

Experience requirements

 

 

Digər xüsusi tələblər /

Any other specific requirements

·        Texniki sənəd üçün məlumatların oxunması (Texnoloji sxem, Məntiq Diaqramı, Avadanlığın pasportu, Səbəb və Təsir Diaqramı və s.)

·        Məsul olacaq qurğu haqqında texniki bilik

·        Sadə mühəndislik hesablamaları bilikləri

·        Zavod prosesləri biliyi

·        Analitik düşüncə

·        Etik davranış

·        Öyrənmə ve inkişaf

·        Problem həll etmə

·        Məsulliyyət götürmə

İş şəraiti /

Working conditions

 

Normal iş rejimi

 

 

 

Xətti rəhbər /

Line Manager

 

Ad, Soyad /

Name, Surname

 

 

İmza /

Signature

 

 

[email protected]

Tags: SOCAR Downstream Managementvacancy

Related Posts

Vacancy

International Company is looking for a Service and Maintenance Engineer

03/07/2025
Vacancy

Everllence Schweiz AG (former MAN Energy Solutions Schweiz AG) is looking for a Mechanical Engineer

24/06/2025
Vacancy

Everllence Schweiz AG (former MAN Energy Solutions Schweiz AG) is looking for a Controls Commissioning Engineer

24/06/2025
Vacancy

International Company is looking for a Crane Focal Point

24/06/2025
Vacancy

International Company is looking for a Crane Operator

24/06/2025
Vacancy

International Company is looking for an Operations Engineer

19/06/2025
WTI Crude Price
Brent Crude Price

Azerbaijan

Azerbaijan, Saudi Arabia discuss co-op in hydrocarbon sector

10/07/2025
İnteresting News

OPEC+ ıncreased oıl productıon, but what now?

09/07/2025
Azerbaijan

Azerbaijan operator plans Caspian drilling campaign in bid to boost gas output

09/07/2025
İnteresting News

ICGB launches market demand assessment for capacity expansion of IGB pipeline

09/07/2025
Azerbaijan

SOCAR today announced its audited financial report for 2024

08/07/2025
Vacancy

International Company is looking for a Service and Maintenance Engineer

03/07/2025
Azerbaijan

Hungary receives first cargo under Azerbaijan oil import deal

30/06/2025
Vacancy

Everllence Schweiz AG (former MAN Energy Solutions Schweiz AG) is looking for a Mechanical Engineer

24/06/2025
Vacancy

Everllence Schweiz AG (former MAN Energy Solutions Schweiz AG) is looking for a Controls Commissioning Engineer

24/06/2025
Vacancy

International Company is looking for a Crane Focal Point

24/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • Contact

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.