Position Title/Vəzifə adı: |
Bütünlük və Etibarlılıq Departameti Bütünlük üzrə Menecer
|
Position Type/Kateqoriya: |
☒White collar/Mühəndis-texniki heyət
☐Blue collar/Fəhlə heyəti |
Reports to/Tabelilik |
Bütünlük və Etibarlılıq Departamentinin Direktoru |
||
Department/Departament |
Bütünlük və Etibarlılıq Departamenti |
||||||
Job Purpose/Vəzifənin məqsədi |
SDM-ə tabe olan bütün obyektlərində statik avadanlıqların Texniki Nəzarət fəaliyyətini həyata keçirir . SDM-in texniki nəzarət göstəricilərinə və hədəflərinə uyğunluğun monitorinqini aparır, mexaniki bütövlük inkişaflarını müəyyən etmək və həyata keçirmək üçün Bütövlük və Etibarlılıq Departamentinin Direktoruna dəstək verir. |
||||||
Location/İş yeri: |
Bütövlük və Etibarlılıq Departamenti (SDM tabeliliyində olan bütün ərazilərdə fəaliyyət göstərə bilər) |
||||||
Job Responsibilities/Vəzifə öhdəlikləri: |
|||||||
1. SDM-in NEZ və Neft-Kimya Sənayesinin Bütünlük və Etibarlılıq Departamenti tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsini planlaşdırır və idarə edir. 2. Tabelyində olan Texniki Nəzarət bölməsinin, Yerli emalat və Material keyfiyyətinə nəzarət bölməsinin və Korroziyadan mühafizə bölməsinin bütün texniki və administrativ işlərini kordinasiya edir. 3. Mövcud qanunvericilikdəki hüquqi qaydaları, sənaye sahəsində ən yaxşı təcrübələri, rəhbər sənədləri, təlimatları, prosedurları, standartları və s. əsas tutaraq texniki nəzarət və sınaq fəaliyyətlərinin aparılması fəaliyyətini qurmaq və inkişaf etdirmək. Müvafiq qeydlərin düzgün aparılmasını təşkil etmək və təstiq etmək. Bu məsələlərdə inkişaf istiqamətlərini müəyyən etmək və onları həyata keçirilmək 4. Risk Əsaslı Nəzarət üzrə işçi qruplarda komitə sədri kimi işi təşkil etmək və nəticələrin icrasına nəzarət etmək. 5. Texniki nəzarət qaydalarının və təlimatlarının hazırlanması prosesini qurmaq və təkmilləşdirmək. Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq qaydalara, standartlara və tələblərə uyğun işləməsinə nəzarət etmək. 6. DOS (NDT) və digər əlaqəli xidmətlər üçün texniki tələbləri müəyyənləşdirib, podratçıların texniki təsdiqini həyata keçirir. Podratçıların iş yerində monitorinqinin aparırmasını təşkil edir və podratçının işlərinin irəliləyişinə əsasən ödənişləri təsdiqləyir. 7. Texniki nəzarət və sınaq planlarının hazırlanması prosesini idarə etmək, bu sənədlərdə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təşkil etmək. 8. Texniki nəzarətin nəticələrinə əsasən hazırlıq və tamamlama işlərinin hazırlanmasını kordinasiya etmək; 9. Texniki Nəzarət mühəndisləri tərəfindən hazırlanmış aylıq texniki nəzarət hesabatlarını qiymətləndirmək və təsdiq etmək. 10. Avadanlıq və boru xətlərində Korroziyaya Nəzarət Zonalarının müəyyən edilməsi prosesinin işlənib hazırlanmasını və həyata keçirilməsini, Aktivlərin İdarəetmə Proqramı (Asset Management Tool) vasitəsilə texniki nəzarət məlumatlarınının izlənməsini kordinasiya etmək. 11. QK(PSV) sınaqlarının,kalibrləmələrin təsdiqləmə prosesini inkişaf etdirir və qrafik üzrə testlərin həyata keçməsindən əmin olur 12. Avadanlıq və boru xətlərində texniki xidmət fəaliyyəti üçün iş sifarişlərinin hazırlanması və təsdiqi işlərini inkişaf etdirmək. 13. Departamentin iş axın diaqramlarını tərtib edilməsinə tövhə verir. Texniki Nəzarət işlərinin təkmilləşdirilməsi üçün beynəlxalq praktikaları tətbiq edir. 14. Departamentin illik büdcəsini hazırlamaq. İl ərzində hazırlanmış büdcənin ümumi yoxlamasını və tədqiqini həyata keçirmək. 15. Sifarişi həyata keçmiş statik avadanlıqların istehsal prosesini izləyir, dar-boğazlar üçün həll yolu təklif edir-qərarlar verir, kritik avadanlıqların istehsal prosesində ehtiyac olduğu təqdirdə şəxsən iştirak edir. 16. Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5 WHY, RCA və s. İşçi qruplarında fəal iştirak edir və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verir 17. Planlı Təmir fəaliyyətinin müəyyən edilməsində Planlı Təmir Şöbəsi ilə əlaqəli işləmək, Əsaslı təmirlərdən öncə, əsaslı təmirlər zamanı və sonra təftiş sınaq işlərinin həyata keçməsi üçün müvafiq tağşırıqları vermək. Texniki Nəzarətin nəticələrinə görə vaxtaşırı dəyişdirilməsi lazım olan materialların izlənməsini təmin edəcək işləri kordinasiya etmək. 18. Ona tabe olan işçilərin şəxsi və peşəkar inkişafına cavabdeh olmaq. Müvafiq şəxsin inkişaf ehtiyaclarının müəyyən edilməsi 19. SDM-in NEZ və Neft-Kimya Sənayesinin SƏTƏMM tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyətini və subpodratçıları buna uyğun istiqamətləndirmək. Cavabdeh olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan təhlükəsizlik qaydalarına riayət olunması üçün zəruri nəzarəti həyata keçirmək. 20. Təmirçilərin və podratçıların texniki nəzarət fəaliyyətlərinin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi işini idarə etmək. 21. Tabeliyində olan işçilərin illik məzuniyyətlərini, üzrlü məzuniyyətlərini və iş vaxtından artıq işləmələrinı təsdiq etmək. 22. Vəzifə təlimatına uyğun olaraq,tabe olduğu rəhbər tərəfindən ona verilən tapşırıqları yerinə yetirmək. 23. İş vaxtından sonra zənglərə cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, lazım gəldikdə iş saatlarından sonra çağırış üzrə dəstək verrmək. 24. Statik avadanlıq (borular, qoruyucu klapanlar, siyirtmələr, təzyiq altında işləyən qablar və s) üçün ehtiyat tələbinin kəmiyyətlə birlikdə müəyyən edilməsi qaydalarını hazırlamaq və idarə etmək 25. AR-nın qanunlarına, qaydalarına, şirkətin siyasətinə, baxışına, missiyasına, korparativ dəyərlərinə,qanuni və digər tələblərinə, habelə şirkətin etik qaydalarına, siyasətlərinə, qaydalarına, rəhbər sənədlərinə, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərir:tabeliyindəki vəzifələrdə olan işçilər tərəfindən müvafiq qaydaların, siyasətlərin və digər tələblərin qəbulunu və yayılmasını təmin edir; şirkət daxilində bu məsələlərlə bağlı hər hansı bir uyğunsuzluq aşkar edildikdə əlaqədar şöbə və bölmələrə məlumat verir. 26. Tabe olduğu vəzifəli şəxsə səlahiyyətinə daxil olan işlərlə bağlı müntəzəm və səmərəli hesabat verir. 27. Əməyin mühafizəsi,təhlükəsizlik texnikası və ətraf mühitin qorunması mədəniyyətinə uyğun davranır,əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək,uyğunsuzluq aşkar edildikdə rəhbər şəxsə və SƏTƏM üzrə səlahiyyətli şəxslərə məlumat verir. 28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır |
|||||||
Direct Reports/Birbaşa tabeliyində olan: |
|||||||
Texniki Nəzarət, Korroziya və Yerli Emalat və Material qəbulu üzrə bütün işçilər
|
|||||||
Main Interfaces (internal and external)/Əlaqəli tərəflər (daxili və xarici): |
|||||||
SDM də fəaliyyət göstərən bütün texniki departamentlər
|
|||||||
Qualification Requirements/Kvalifikasiya Tələbləri: |
|||||||
Mexanika mühəndisliyi, Metallurgiya, Kimya Mühəndisliyi, Korroziya mühəndisliyi və ya bənzər texniki sahə üzrə magistr diplomu. İngilis dili biliyini Təstiq edən İELTS, TOEFL və ya bənzəri beynelxalq sertifikatlar Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür APİ 510,570,571,579, 580, 653 biri və ya bir neçəsinin olması NACE müvafiq kodları və ASME ASME PCC 1,2,3, oxuma,anlama,rəy bildirmə, tətbiq etmə bacarığı olmalıdır |
|||||||
Experience Requirements/Təcrübə Tələbləri: Texniki Nəzarət üzrə menecer vəzifəsinə ali texniki təhsilli və müvafiq iş təcrübəsi üzrə 7 ildən az olmayaraq iş stajı olan şəxs təyin olunur |
|||||||
Any other specific requirements/Digər xüsusi tələblər Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və digər normativ hüquqi aktlarını, təlimatları, avadanlıqlar və qurğuların istismarı, təmiri, yoxlanmasına texniki nəzarətin aparılmasına dair normativ-metodiki sənədləri, milli və beynəlxalq standartları, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, SOCAR-ın və SDM-in əmrlərini, daxili İntizam Qaydalarını və bu Vəzifə Təlimatını |
|||||||
Working Conditions/İş şəraiti: |
|||||||
SDM-in emal və istehsalat şəraiti Tam iş vaxtı – 5 iş günü,40 saat,şənbə və bazar istirahət günü İş saatları – 08:00-17:00 Nahar saatları – 12:00-13:00 |
|||||||
|
Line Manager/Xətti rəhbər |
Employee/İşçi |
|||||
Name, Surname/Ad, Soyad |
|
|
|||||
Signature/İmza |
|
|
|||||
Date/Tarix |
|
|
|||||