Saturday, April 11, 2026
Caspian Barrel
Advertisement
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • About Us
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • About Us
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Downstream Bütövlük və Etibarlılıq Departamentinin Direktoru vəzifəsi üzrə işçi axtarır

16/09/2023
48
VIEWS
Share on FacebookShare on Twitter

Bütövlük və Etibarlılıq Departamentinin Direktoru

SDM-ə tabe olan Neft-Kimya Neft Emal zavodlarında statik avadanlıqların mexaniki bütövlüyünə texniki nəzarəti və neft kimya neft emal zavodlarında etibarlılıq fəaliyyətini həyata keçirir .

SDM-in Bütövlük və Etibarlılıq göstəricilərinə, müəssisənin hədəflərinə uyğunluğun monitorinqini aparır və mexaniki bütövlük və etibarlılıq strategiyasını müəyyən etmədə və həyata keçirmədə Baş Direktora dəstək verir

 Vəzifə öhdəlikləri

1.              SDM-in NEZ və Neft-Kimya Müəssisələrinin Bütövlük və Etibarlılılıq strategiyasını hazırlamaq, idarə etmək, səmərəlilik göstəricilərini  artırmaq üçün tezisləri müəyyən etmək, tabe olduğu rəhbərə təkliflərlə müraciət etmək

2.              SDM-in NEZ və Neft-Kimya Müəssisələrinin bütün sahələrinin Bütövlük və etibarlılıq cəhətdən səmərəlilik göstəricilərinin hesabatlarının, monitorinqlərinin, analizlərinin aparılmasının təşkili sisteminin hazırlanması, idarə olunması, müəssisənin Bütövlük və etibarlılıq cəhətdən irəliyə doğru inkişafı istiqamətlərinin təyin olunması.

3.              Struktur bölmələrdə (elektrik, istilik enerjisi, fırlanan (dinamik), NÖC və avtomatika avadanlıqlardan başqa) olan texnoloji – statik avadanlıqların, metal çənlərin, sobaların, yükqaldırıcı qurğuların, bağlayıcı, qoruyucu və boru xətlərinin texniki vəziyyətinə, Bütövlük və Etibarlılıq Departamentinin qüvvədə olan mövcud yerli qaydalara və beynəlxalq standartlara uyğun verdiyi Təmir Metodu əsasında Təmir Xidməti Departamenti (o cümlədən onun və həmçinin Podratçı Təşkilatları) tərəfindən yerinə yetirilən təmir işlərinin keyfiyyətlə icra edilməsinə nəzarət etmək.

4.              Statik avadanlıqların, boru xətlərinin təhlükəsiz istismarı üçün onların qüvvədə olan texniki şərtlərə, təlimatlara, qabaqcıl təcrübələrə və müasir beynəlxalq standartlara uyğun vaxtı – vaxtında və keyfiyyətlə yoxlanmasına, texniki baxış və sınaq yoxlamalarının keçirilməsinə nəzarətin təmin edilməsini təşkil etmək.

5.              Bütövlük və Etibarlılıq işçiləri tərəfindən avadanlığın istismarı, yoxlamalar və kompleks müayinələr zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə göstəriş vermək;

6.              Departamentin fəliyyət istiqamətlərinin müəyyən olunması, texniki sənədlərin hazırlanması, sənədlərin nəzarətedici audit orqanlarına təqdim olunması. Eyni zamanda yeni təcrübənin tətbiqi zamanı ekspertiza və tədqiqatların aparılmasının təşkili, bu yanaşmanın departamentin fəaliyyət planına daxil edilməsi.

7.              Avadanlıqların təhlükəsiz istismarına və sazlığına məsul şəxslər tərəfindən avadan-lıqların, aparatların, boru xətlərinin pasportlarında və Elektron qeydiyyat  sistemində təmirin, texniki baxışların keçirilməsinə aid qeydlərin aparılmasına nəzarət etmək;

8.              Bütövlük və Etibarlılıq tərəfindən düzgün hazırlanmış ardıcıl texniki hesabatları yazılması təşkil etmək, mexaniki bütövlük və etibarlılıq fəaliyyətlərinin faktiki vəziyyətlərini yazılmış hesabatlar əsasında analiz etmək və hesabatları aidiyyatı departamentlərə, eyni zamanda tabe olduğu üst rəhbərliyə yayınlanma etmək

9.              Əməkdaşların iş qabiliyyətinin illik qiymətləndirməsini aparmaq, vicdanlı və etibarlı kadrları təyin etmək,  rəhbərlik qarşısında məruzə etmək.

10.           Qüvvədə olan normativ – metodiki sənədlərə və qaydalara əsasən Bütövlük və Etibarlılıq üzrə mühəndis-texniki işçiləri ilə birlikdə avadanlıqların, boru xətlərinin texniki vəziyyətinə, istismarına və təmirinə nəzarəti təşkil etmək;

11.           Avadanlıqların, texnoloji qovşaqların layihələndirmə mərhələləridə dəyərinin idarə olunmasında fəal iştirak etmək, yeni avadanlıqların alınması, köhnə avadalıqların dəyişilməsi işlərində fəal iştirak etmək.

12.           Texnoloji proseslər üçün korroziyaya nəzarət sənədinin hazırlanmasını, Korroziya döngələrini və dağılma mexanizmlərinin müəyyən edilməsini, Risk Əsaslı Təftiş (RBI) tədqiqatlarının həyata keçməsini təmin etmək.

13.           Təmir və yenidənqurma zamanı yerli istehsalçıların mal-materialı ilə keyfiyyətli təmiri mümkün olan statik avadanlıqlar üçün detal və hissələrin həmçinin istifadə sahəsi Layihəyəyə düşmüş söküntüdən alınmış yararlı statik avadanlıq və ehtiyat hissələrinin texniki cizgilərini hazırlayıb, digər lazım olan mal-materialların siyahısı ilə birlikdə təmirçilərə təqdim etmək;

14.           Texnoloji statik avadanlıqlarda baş verə biləcək qəzaların, baş vermiş qəzaların statistikası əsasında qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin hazırlanmasında, avadanlıqların sıradan çıxması ilə nəticələnən qəza baş verdikdə isə qəzanın baş vermə səbəblərinin araşdırılmasında Etibarlılıq qrupunun iştirakını təmin etmək

15.           Qurğu, avadanlıq və boru xətlərində baş vermiş sızmaları araşdırımasını, Kök səbəb təhlili (RCA) hesabatınən hazırlamasını təmin etmək və Lazım gəldikdə Etibarlılıq şöbəsinin təşkil etdiyi ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA, və s. işçi qruplarına rəhbərlik etmək

16.           Aktivlərin İdarə Olunması proqramında (Asset Performance Management) Bütövlük və Etibarlılıq bölmələrinin verdiyi hesabatları izləmək

17.           “Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti agentliyi”nin, Bütövlük və Etibarlılıq Departamentinin qeydiyyatında olan avadanlıqların texniki sazlığına, təhlükəsiz istismarına cavabdeh şəxslərlə birlikdə texniki baxış və yoxlamalar keçirilməsini təmin etmək

18.           Təsdiq olunmuş “Planlı-xəbəredici” təmir cədvəllərinə uyğun istehsalatların, sahələrin, qurğuların təmirə saxlanılmasına və avadanlıqların vaxtaşırı baxış – yoxlama cədvəllərinin tərtib və təsdiq edilməsinə nəzarət etmək;

19.           SOCAR -ın və SDM-in əmr, qərar, sərəncam və göstərişlərinin vaxtında yerinə yetirilməsini təmin etmək;

20.           Müvafiq Dövlət və Beynəlxalq standartlara və texniki şərtlərə cavab verməyən avadanlıqlar, materiallar, ehtiyyat hissələri, məmulatlar və konstruksiyaların təmir gedişinə istifadəsini qadagan etmək;

21.           Avadanlıqların texniki istismar qaydalarını kobud surətdə pozan, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını ləngidən şəxslərə irad tutmaq, xəbərdarlıq və lazım gələrsə intizam məsuliyyətinə cəlb edilməsi üçün rəhbərə təklif vermək, lazım gəldikdə qüvvədə olan təlimatlara əsasən avadanlıqların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə növbədənkənar yoxlama aparmaq;

22.           Mənəvi və fiziki köhnəlmiş, təhlükəsizlik istismarı tələblərinə cavab verməyən  statik avadanlıqları aidiyyatı istehsalatların (sahələrin) mühəndis – texniki işçiləri ilə birlikdə araşdırılmasını təşkil etmək və bu barədə baş direktora illik məlumatların hazırlanmasını təşkil etmək;

23.           Təzyiq altında işləyən “Aparatların quruluşu və təhlükəsiz istismar qaydaları” şamil edilən aparatların “Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti agentliyin” – də, şamil edilməyənlərin isə müəssisədə qeydiyyata salınmasına və texniki baxışların keçirilməsinə nəzarət etmək;

24.           Qurğuların və avadanlıqların qəza vəziyyəti ilə bağlı dayanma səbəblərinin araşdırılmasında, qarşısının alınması üçün tədbirlərin hazırlanmasında Etibarlılıq qrupunun iştirakını etmək və tədbirlər planının yerinə yetirilməsinə nəzarət etmək

25.           Cavabdeh bölmələrin rəhbərləri ilə birlikdə illik maliyyə hesabatları hazırlayır, həmçinin illik maliyyə xərclərini, büdcənin yerinə yetirilməsinə audit və nəzarət etmək. 

26.           Yerli istehsalat və material qəbulu bölməsinin statik avadanlıqlar və onun ehtiyat hissələrinin sifarişinin və sifariş əsasında zavoda gəlmiş statik avadanliq və mal-materialın texniki sənədlərinin düzgün olmasına  vaxtaşırı və müntəzəm nəzarət etməklə qəbulunda iştirak etmək;

27.           Təmirə dayanma komandası ilə əlaqəli işləri təmin etmək. Əsaslı təmirə dayanma işləri üçün vəzifə bölgüsü etmək, əsaslı təmir periodu üçün statik avadanlıqlarla əlaqəli işlər həcmini müəyyən olunmasını təşkil etmək digər işlər barəsində görüş və təkliflərini təqdim etmək.

28.           Tabeliyində olan işçilərdən  hesabat tələb etmək, şəxsi və peşəkar inkişafına cavabdeh olmaq. Bütün işçilərin inkişaf ehtiyaclarını müəyyən etmək və bu istiqamətdə təlimat vermək.

29.           SDM-in NEZ və Neft-Kimya Müəssisələrinin sahələrinin SƏTƏM tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyətini və servis xidmətlərini buna uyğun istiqamətləndirmək. Cavabdeh olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan SƏTƏMM qaydalarına riayət olunması üçün lazımi nəzarəti həyata keçirmək, aidiyyəti işçilərə xəbərdarlıq etmək.

30.           İşçi heyətinə illik məzuniyyətlərin, icazəli-üzrlü qrafikdən kənar  məzuniyyətlərin və iş vaxtından artıq iş saatların verilməsini təsdiq etmək.

Təcrübə tələbləri:


Bütövlük və Etibarlılıq Departamentinin Direktoru vəzifəsinə ali texniki təhsilli və bu sahədə müvafiq iş təcrübəsi 15 ildən çox olan şəxs təyin olunur

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və digər normativ hüquqi aktlarını, təlimatları, avadanlıqlar və qurğuların istismarı, təmiri, yoxlanmasına texniki nəzarətin aparılmasına dair normativ-metodiki sənədləri, milli və beynəlxalq standartları, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, SOCAR-ın və SDM-in əmrlərini, SDM-in Nizamnaməsini, daxili İntizam Qaydalarını, BED haqqında Əsasnaməni və bu Vəzifə Təlimatını

Müraciət Forması

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə [email protected]  ünvanına göndərməyiniz xahiş olunur

Elan üzrə müraciətçilərin hər biri dəyərləndiriləcək və eyni imkanlar veriləcəkdir

         Müraciət üçün son tarix : 20.09.2023

Tags: Socardownstreamvacancy

Related Posts

Vacancy

International Company is looking for a Technical Support on FMC Workover and Completion System (IWOCS)/ WOCS Operator/

09/04/2026
Vacancy

International Company is looking for a Technical Support on FMC Subsea Workover and Completions System/ Completion Shift Leader

09/04/2026
Vacancy

International Company is looking for a Drilling Contracts & Procurement Engineer

09/04/2026
Vacancy

International Company is looking for a Project Contracts and Procurement Engineer

09/04/2026
Vacancy

Wood Nobel Energy is looking for a Principal Process Engineer

09/04/2026
Vacancy

International Company is looking for a Service and maintenance engineer on Subsea Equipment 

06/03/2026
WTI Crude Price
Brent Crude Price

Vacancy

International Company is looking for a Technical Support on FMC Workover and Completion System (IWOCS)/ WOCS Operator/

09/04/2026
Vacancy

International Company is looking for a Technical Support on FMC Subsea Workover and Completions System/ Completion Shift Leader

09/04/2026
Vacancy

International Company is looking for a Drilling Contracts & Procurement Engineer

09/04/2026
Vacancy

International Company is looking for a Project Contracts and Procurement Engineer

09/04/2026
Vacancy

Wood Nobel Energy is looking for a Principal Process Engineer

09/04/2026
Azerbaijan

ESIA Disclosure for Absheron Full Field Development

16/03/2026
Azerbaijan

SOCAR President: Azerbaijan reinforces its position as regional energy hub

14/03/2026
Azerbaijan

Ilham Aliyev: Azerbaijan plans to increase gas production

14/03/2026
İnteresting News

Rising U.S. Oil Production Reshapes Global Market Dynamics

14/03/2026
Vacancy

International Company is looking for a Service and maintenance engineer on Subsea Equipment 

06/03/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azerbaijan
  • Russia
  • Kazakhstan
  • Turkmenistan
  • Iran
  • İnteresting News
  • Green energy
  • Vacancy
  • Contact

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.