Yasamalda dəm qazından beş nəfər əcnəbi ölüb

Ötən gün Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.

Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

Apasport.az xəbər verir ki, bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubunun üzvləridir.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

 

Eyni kateqoriyadan Digər materiallar

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.