Bu ilin sonuna Rusiyanın “LUKoil” neft şirkətinin mənfəətinin ötən illə müqayisədə 35-40% azalacağı gözlənilir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, mənfəətin azalması neftin qiymətinin 2016-cı ildə illik müqayisədə təxminən iki dəfə az olması ilə əlaqədardır.
V.Ələkbərovun proqnozuna görə, 2017-ci ildə neftin bir barelinin qiyməti 40-50 dollar ətrafında olacaq, 2018-ci ildə isə 60 dollara qalxacaq. “LUKoil” prezidentinin qənaətincə, gələn il şirkətin gəlirləri neft sənayesində vergilərin artması ilə əlaqədar 40-50 mlrd. rubl azalacaq.