SOCAR (ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında dünya bazarlarına 945,418 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilib.
Cari ilin oktyabr ayında şirkət dünya bazarlarına 109,906 min ton artıq neft emalı və neft-kimya məhsulları ixrac edib. O cümlədən, 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac olunub.
2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 511,55 ABŞ dolları, təyyarə yanacağının – 472,80 dollar, dizel yanacağının – 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti – 286,36 dollar, yüksək təzyiqli polietilenin – 1185 dollar, butilen butadien fraksiyasının – 528,93 dollar, maye piroliz qətranının – 511,55 dollar, propilenin qiyməti – 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 915 avro təşkil edib.
2015-ci ildə şirkət 1 mln. 226,212 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir – Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.