İndiyədək AÇG yataqlarından 454 mln. ton neft və 144 mlrd. m3 qaz çıxarılıb
Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub. AZƏRTAC xəbər verir…