CIF bazisi üzrə İtaliyanın Auqusta limanında təhvil verilmək şərti ilə Azərbaycan neftinin qiyməti fevralın 1-də 94,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.
Bu barədə Caspian Barrel ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən bildirir.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycan neftinin qiyməti 93,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.