logo
 

Azərbaycan neftinin qiyməti $1.3 artdı

Azərbaycan neftinin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar artaraq 37,14 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Caspian Barrel xatırladır ki, Azərbaycan hər gün xarici bazarlarda neft satışı həyata keçirmir. Bu baxımdan SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Azərtac dövlət agentliyi vasitəsilə yaydığı qiymətlər satılan neft partiyaları üzrə qiymətləri əks etdirir (Azərbaycan neftinin qiyməti birjalarda deyil, yükləmə limanlarında – Ceyhan və Supsada təyin olunur).

Yola saldığımız həftə ərzində Azərbaycan neftinin qiymətləri mayın 27-dən dərc edilib:

27 may – $36,00

28 may – $35,13

29 may – $ 35,84

30 may – $37,14

Bundan öncə isə SOCAR neft qiymətləri ilə bağlı məlumatı mayın 23-də açıqlamışdı: $35,09.

0

Your Cart