BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Həftəsində iştirak məqsədilə Bakıya səfərə gəlib. Bu barədə çərşənbə günü BP-Azerbaijan şirkəti məlumat yayıb.
“BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Həftəsində iştirak üçün Bakıda üçgünlük səfərdədir”, – məlumatda deyilir.

Qeyd olunub ki, Birrell Azərbaycanda Azərbaycanın Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşlər keçirməyi planlaşdırır. Bu görüşlərdə şirkətin dünyada və regiondakı biznes prosesləri, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.