logo

Azərbaycan 2023-cü ildə idxal benzininə nə qədər vəsait xərcləyib?

Views: 284

Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında 7 min 468,64 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 46% azdır.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq nəşrində məlumat verilir.

Məlumata görə, idxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $6 milyon 954,91 min (azalma 44,1%) təşkil edib.

İdxalın bütün həcmi Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Rusiyadan idxal miqdar ifadəsində 4,2%, dəyər ifadəsində 6,7% artıb.

2022-ci ilin yanvar-fevral aylaında Azərbaycan “Premium Euro-95” markalı benzini əsasən Rumıniyadan idxal edib.

2023-cü ilin yanvar-fevral aylaında Azərbaycana “Super Euro-98” markalı benzin idxalı $343,66 min (аrtım 17,4%) dəyərində 280,29 ton (аrtım 4,9%) təşkil edib. Həmçinin, hesabat dövründə Rusiyadan $287,85 min dəyərində 234,77 ton benzin, Rusmıniyadan $55,81 min dəyərində 45,52 ton benzin idxal edilib.

Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.

2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.

“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Azərbaycan aşağı oktanlı benzin idxal etməyib.

“İnterfaks-Azərbaycan”

0

Your Cart