logo

Ötən il İtaliya Azərbaycandan qaz idxalına 12,2 milyard avro sərf edib

Views: 169

2022-ci ildə İtaliya Azərbaycandan 13 milyard 253 milyon 515,481 min avro dəyərində təbii qaz idxal edib. Bu barədə Avrostatın “İnterfaks-Azərbaycan”ın əldə etdiyi materiallarında deyilir.

Statistik məlumatlara əsasən, 2021-ci ildə İtaliyadan Azərbaycana qaz idxalının dəyər həcmi 3 milyard 377 milyon 214,666 minavro təşkil edib.

Beləliklə, 2022-ci il ərzində Azərbaycanda qaz alışına İtaliyanın xərcləri təqribən 3,9 dəfə artıb.

2022-ci ilin IV rübündə İtaliya Azərbaycandan qaz alışına 3 milyard 610 milyon 747,474 mijn avro sərf edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 1,8 dəfə çoxdur.

İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumataına görə, 2022-ci ildə TAP kəməri ilə bu ölkəyə qaz nəqli 10 milyard 325 milyon kubmetr (2021-ci ilin göstəricisndən +43,1%) təşkil edib.

TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.

2022-ci ildə Azərbaycan ixracın həcmini 18% – 22,3 milyard kubmetrə qədər artırıb.Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.

2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 

0

Your Cart