bp: 2022-ci ildə AÇG-də hasilat təxminən 16 mln barel azalıb
2022-ci ilin yekunu olaraq “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 151 mln barel neft hasil edilib. 2021-ci ildə bu göstərici 167 mln barel olmuşdu.
Bu gün bp şirkətinin (AÇG-nin operatoru) Azərbaycanda fəaliyyətlə bağlı açıqladığı illik hesabatda bildirilir ki, 2022-ci ilin yekunu olaraq AÇG müqavilə sahəsində orta gündəlik hasilat 415,4 min barel olub.
Tonla ifadə etsək, ötən il AÇG mwqavilə sahəsindən 20,4 mln ton neft hasil edilib.
Platformalar üzrə gündəlik neft hasilatı aşağıdakı kimi olub:
Çıraq – 25 200
Qərbi Çıraq – 39 400
Şərqi Azəri – 64 000
Mərkəzi Azəri – 104 100
Qərbi Azəri – 106 400
Dərinsulu Günəşli – 76 300
Ötən ilin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 12 neft hasilatı və üç su injektor quyusu tamamlanıb.
2022-ci ildə AÇG layihjəsi üzrə kapital qoyuluşu (Capex) 1 milyard 624 milyon dollar, əməliyyat xərcləri (Opex) isə təqribən 470 milyon dollar təşkil edib.
Caspian Barrel