logo

Rusiya neftinin qiyməti 40 dollara qədər ucuzlaşıb

Views: 125

Sankt-Peterburq Xammal Birjasında (SPIMEX) ticarət zamanı Rusiyanın əsas ixrac nefti – Urals markalı neftin qiyməti səkkiz faizdən çox ucuzlaşaraq bir barel üçün 40 dollara yaxınlaşıb.

Caspian Barrel lenta.ru saytına istinadən xəbər verir ki, 10 min ton neftin satışı üzrə müqavilə 218 milyon rubl qiymətində bağlanıb ki, bu da dolların 70 rubla yaxın məzənnəsi ilə bir barel üçün 42,48 dollar təşkil edir.

Bunun əksinə olaraq, Çində koronavirus məhdudiyyətlərinin yumşaldılması səbəbindən müsbət investor gözləntiləri fonunda Brent markalı neftin qiyməti yüksəlir. Yanvarın 9-da günün ortalarında o, bir barel üçün 81 dollara ticarət edilirdi.

Bundan əvvəl Rusiya Federasiyası Maliyyə nazirliyi ötən ilin dekabrında Urals markalı neftin orta qiymətinin 50,5 dollar/barel olduğunu byəyan etmişdi. Bu, 2022-ci ildəki orta nəticədən təqribən 30% aşağıdır.

Urals markalı neftın qiymətinin aşağı düşməsinin mümkün səbəblərindən biri Almaniyanın 2023-cü ildən Rusiya neftini almaqdan imtina etməsi ola bilər. Daha ucqar bazarlara Rusiya neftinin çatdırılması baha başa gəlir, bu da Brent-ə münasibətdə alıcılara endirimi xeyli artırır.

0

Your Cart