logo

SOCAR rəhbərliyi “Şahdəniz” də “Bravo” platformasına səfər edib

Views: 123

2022-ci il noyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti bp-nin operatoru olduğu “Şahdəniz” qaz-kondensat yatağının “Bravo” platformasına səfər edib.

SOCARBP şirkətlərinin (layihənin operatoru) mətbuat üçün birgə açıqladıqları məlumatda bildirilir ki, s əfərin məqsədi dünyanın ən böyük qaz və kondensat yataqlarından biri hesab edilən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə istismara verilən ‘’Şahdəniz Bravo’’ platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək olub.

Səfər çərçivəsində SOCAR-ın nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi  nümayəndə heyəti ilə işgüzar görüşü keçirilib.

Görüşdə nümayəndə heyətinə “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, cari əməliyyatlar, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətindən bəhs edib, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazının regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti platforma sahəsi, idarəetmə otağı və digər qurğuların cari vəziyyəti ilə tanış olub.

Sonda “Şahdəniz Bravo” platformasının fasiləsiz və təhlükəsiz əməliyyatlarının təmin edilməsinə verdikləri töhfəyə görə bp-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.

Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunan kommersiya qaz həcmləri  2018-ci il iyunun 30-dan etibarən Türkiyəyə, 2020-ci il dekabrın 31-dən etibarən isə Avropa bazarlarına çatdırılır.

Caspian Barrel

0

Your Cart