logo

SOCAR Müşahidə Şurasına yeni üzv təyin edildi

Views: 137

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev noyabrın 17-də müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.

Sərəncamla “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının birinci hissəsinə “Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri”.

Caspian Barrel xatırladır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının 6 üzvü olub. Cari ilin 10 fevral tarixində Rövşən Nəcəf şirkətin prezidenti təyin edildiyindən Müşahidə Şurasının üzvülüyündən çıxarılmışdı.

Hazırda SOCAR-ın Müşahidə Şurasının tərkibi belədir:

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

0

Your Cart