logo

Rusiya qazının Azərbaycana yeni müqavilə ilə tədarükü başlayıb

Views: 172

Noyabrın 15-dən Rusiya qazının Azərbaycana yeni mübadilə müqaviləsi ilə tədarükü başlayıb.

Bu barədə “Gazprom” şirkəti məlumat yayıb.

“Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləyə əsasən Azərbaycana Rusiya qazının nəqli başlayıb. Sənəd “Gazprom Exsport” şirkəti ilə SOCAR arasında imzalanıb. Nəql 2023-cü ilin mart ayınını sonundək dövrü əhatə edir. Tədarükün həcminin 1 milyard kubmetrədək olması nəzərdə tutulub”, – deyə “Gazprom”un yaydığı xəbərdə bildirilir.

“İnterfaks-Azərbaycan” agentliyi əlavə edir ki, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tuturdu. Mexanizm tərəflərin qaz infrastrukturunu optimal dərəcədə istfadə etməyə imkan yaradacaq.

2000-ci ildən 2006-cı ilədək “Gazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istifadəyə veriləndən sonra tədarük dayandırıldı. 2010-cu ildən 2014-cü ilədək Azərbaycan Rusiyaya qaz ixrac edib (Dağıstanın qaza olan tələbatını ödəmək məqsədi ilə). 2015-ci ildə Azərbaycan metanol Zavodu (AzMeCo) Rusiyadan qısamüddətli dövr üçün qaz tədarük edib. Daha sonra “Gazprom” 2017-ci və 2018-ci illərdə Azərbaycana qış aylarında qaz tədarük edib.

0

Your Cart