logo

Neft Fondu aktivlərinin 731 milyonu manat hesabındadır

Views: 211

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 70,8% təşkil edir. Bu barədə Fondun məlumatında deyilir.

2022-ci il sentyabrın 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $45 milyard 386,35 milyon təşkil edib, bunun $0,43 milyonu (731 mln manat) Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.

Sentyabrın sonuna ARDNF-in investisiya portfeli $45 milyard 385,92 milyona bərabərdir.

Fondun investisiya portfelinin strukturunda 70,8% ABŞ dolları (2021-ci ilin yekunları üzrə 69%), 19% avro (2021-ci ilin sonuna 19,5%), 4,7% funt sterlinq (2021-ci ilin sonuna 5,1%), 0,6% Avstraliya dolları (2021-ci ilin sonuna 0,4%), 0,6% türk lirəsi (2021-ci ilin sonuna 0,4%), 0,4% rus rublu (2021-ci ilin sonuna 0,6%), 1,2% Çin yuanı (2021-ci ilin sonuna 1,3%), 1,1% yapon yeni (2021-ci ilin sonuna 1,4%), 1,8% digər valyutalarda (2021-ci ilin sonuna 2,1%) yerləşdirilib.

ARDNF-in məlumatına görə, fondun investisiya portfelinin 30,7%-i Şimali Amerika ölkələrində (2021-ci ilin sonuna 29,3%-i), 29,2%-i Avropa ölkələrində (2021-ci ilin sonuna 28,2%-i), 20,2%-i Asiya-Sakit okean regionu ölkələrində (2021-ci ilin sonuna 21,6%-i), qalanı digər regionlarda yerləşdirilib.

Fondun investisiya portfelinin 62,9%-i istiqrazlarda və pul bazarı alətlərində (2021-ci ilin sonuna 61,8%-i), 18,7%-i səhmlərdə (2021-ci ilin sonuna 19%-i), 6,4%-i daşınmaz əmlakda (2021-ci ilin sonuna 6,1%-i) yerləşdirilib. Qızılın payı 12% (2021-ci ilin sonuna 13,1%) təşkil edir ki, bu da 101,8 tona bərabərdir (2021-ci ilin sonuna 101,8 ton).

ARDNF-in vəsaitlərinin 96,6%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

İnterfaks-Azərbaycan

0

Your Cart