logo

“Neft Daşları” qəzetinin 55-ci ildönümü

Views: 253

55 il öncə bu gün neft sənayemizin uğurlarını, neftçilərimizin fədakar əməyini ictimaiyyətə çatdırmaq məqsədilə “NeftDaşları” qəzetimiz təsis olunub.

Bu haqda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövşən Nəcəf LinkedIn hesabında paylaşım edərək bildirb.

Şirkət prezidenti bu münasibətlə qəzetin yaradıcı heyətini təbrik edib, gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzuladığını bildirib.


7 noyabr 1949-cu ildə dünyada ilk dəfə dəniz neft yatağıı – “Neft Daşları” yatağı aşkar edilib. Bununla da dünya neft sənayesinin inkişafında yeni dövrün əsası qoyulub.

Bu qəzet Möcüzələr adası – Neft Daşlarında neft hasilatından ən yüksək göstərici əldə edildiyi dövrdə – 1967-ci ildə işıq üzü görüb.

Həmin il burada 7,6 milyon ton neft hasil edilib ki, bu Azərbaycanın ümumi neft hasilatının 35,18%-nə bərabər idi. 1967-ci ildə Azərbaycanda hasil edilən neft həcmi 21 milyon 605 min ton olmuşdu ki, bu da 1942-2004-cü illər arasında 62 illlik bir dövrdə ölkədə hasil edilmiş ən yüksək maye karbohidrogen göstəriciləri idi.

1967-ci il oktyabrın 3-də “Neft daşları” qəzetinin ilk sayı çapdan çıxıb. Qəzetin təsisçisi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsidir.

Qəzetin ilk baş redaktoru Kremer soyadlı şəxs olub. Kremer cəmi 3-4 ay qəzetə rəhbərlik edib, sonra onu Moskvaya – “Sosialist sənayesi” (rusca  – “Sots.industriya” qəzeti) qəzetinə dəvət ediblər.

Sonrakı illərdə Eynulla Umudov qəzetə rəhbərlik edib. Qəzet qara rəngdə, iki dildə – Azərbaycan və rus dillərində nəşr olunub. 1988-ci ildən yalnız Azərbaycan dilində nəşr olunmağa başlayıb. 1990-cı ildə qısa müddət “Gələcək gün” adıyla çıxıb, lakin az sonra əvvəlki adı qaytarılıb. 1992-ci ildən 2004-cü ilədək qəzetə Zahir İsa oğlu Mehrəliyev rəhbərlik edib. 

“Neft daşları” fəaliyyəti boyunca bir çox mükafatlara, təltiflərə layiq görülüb. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl Qələm” mükafatı ilə təltif edilib. Qəzet bu gün də nəşrini davam etdirir və hazırda qəzetin baş redaktoru Xeyrulla Ağayevdir. Qəzet 5000 tirajla, 8 səhifəlik nəşr olunur. 

0

Your Cart