logo

Azərbaycanda oktyabrda 3 mlrd kubmetr əmtəəlik qaz hasil edilib

Views: 220

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 38,449 milyard kubmetr təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 7,5 artıb.

Dövlət Statistika Komitəsin aylıq hesabatında bildirir ki, hesabat dövründə o cümlədən 28,689 milyard kubmetr əmtəəlik qaz hasil edilib (artım 8,6%).

Bu məlumatlardan çıxış edərək Caspian Barrel hesablayıb ki, cari ilin oktyabr ayında Azərbaycanda 3,0084 milyard kubmetr əmtəəlik qaz hasil edilib. Orta günlük əmtəəlik qaz hasilatı oktyabrda 97 milyon 45,2 min kubmetr təşkil edib.

2022-ci ildə Azərbaycanda ən yüksək əmtəəlik qaz həcmi yanvar ayında (3 milyard 180 milyon kubmetr), ən aşağı qaz həcmi isə avqustda (2 milyard 449 milyon kubmetr) hasil ediib.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 27,238 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz azalıb. Əmtəə neftinin hasilatı 27,162 milyon ton təşkil edib və 5,5 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda təbii qaz hasilatı 43,86 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 32,57 milyard kubmetr, neft və qaz kondensatının hasilatı 34,58 milyon ton, əmtəə neftinin hasilatı 34,51 milyon ton təşkil etmişdi.

0

Your Cart