logo

Azərbaycan oktyabrda Avropaya gündəlik 32,25 mln m3 qaz ixrac edib

Views: 164

Ümumilikdə isə, ötən ay Azərbaycanın gündəlik ortalama qaz ixracı 61,3 mln kubmetr təşkil edib

Azərbaycan 2022-ci ilin yanvar-oktyabr aylarında qaz ixracını 17,4% – 18,2 milyard kubmetrə qədər artırıb. Bu barədə Azərbaycan Energetika nazirliyinin ictimaiyyət üçün açıqlamasında bildirilir.

Məlumata görə, cari ilin 10 ayında Avropaya 9,3 milyard kubmetr qaz tədarük edilib.

Caspian Barrel Energetika nazirliyinin göstəriciləri əsasında müəyyənləşdirib ki, oktyabr ayında Azərbaycan Avropaya 1 milyard kubmetr və ya gündəlik olaraq ortalama 32,25 mln kubmert qaz ixracı həyata keçirib. İlin 10 ayının yekunlarına görə, Azərbaycanın Avropa bazarənda gündəlik qaz satış həcmləri 30,6 mln kubmetr olub.

Hazırda Avropa bazarında satış həcmi Azərbaycanın ümumi qaz ixracının 52,6%-ni təşkil edir.

Ümumilikdə isə, ötən ay Azərbaycanın gündəlik ortalama qaz ixracı 61,29 mln kubmetr təşkil edib.

Türkiyəyə 6,9 milyard kubmetr (bütün ixracın 38%-i), Gürcüstana isə 2 milyard kubmetr qaz (bütün ixracın 11%-i) ixrac olunub.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 8,2 milyard kubmetri Avropanın payına düşüb. 2022-ci ildə qaz ixracı 22 milyard kubmetr həcmində proqnoz edilir ki, bunun da 11,5 milyard kubmetri Avropaya ixrac olunmalıdır.

Caspian Barrel

0

Your Cart