logo

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

Views: 107

Ər-Riyad OPEC+ ölkələrində hasilatın real azalmasını gündəlik olaraq 1,1 milyon barel daxilində qiymətləndirib.

“Bloomberg” agentliyi Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın sözlərinə istinad edərək yazır ki, noyabr ayından kvotaları gündəlik 2 milyon barel azaltmaq qərarına gələn OPEC+ ölkələrində neft hasilatının real azalması gündəlik 1-1,1 milyon barel təşkil edəcək.

Xəbər verildiyi kimi, OPEC+ ölkələri avqust ayı üçün icazə verilən kvotalardan sutkada 3,6 milyon barel az neft hasil etmişdilər.

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya sutkada 9,9 milyon barel hasil edir, noyabrdan isə onun kvotası 10,5 milyon barel olacaq.

0

Your Cart