logo

Azərbaycanın payına düşən mənfəət neft və qaz həcmləri niyə açıqlanmır?

Views: 170

SOCAR 2022-ci ilin III rübü üçün açıqladığı hesabatda onun tərəfindən ixrac edilən neftin həcminin 7,4% artdığını bəyan edib.

Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında SOCAR 4 mln 783 min 168 ton neft ixrac edib.

Daha sonra SOCAR bu həcmlərin nədən ibarət olduğunu açıqlayır:

  • SOCAR-ın öz imkanları ilə hasil etdiyi neft;
  • konsorsiumlar (hasilat müqavilələri) çərçivəsində SOCAR-ın payına
    düşən mənfəət nefti;
  • konsorsiumlar çərçivəsində Azərbaycan dövlətinin payına düşən mənfəət nefti.

Göründüyü kimi hesabatda bu həcmlər ümumi şəkildə verilir, ayrı-ayrılıqda bölgü ictimailəşdirilmir. Amma ictimaiyyətin diqqətindən də kənarda qalmamalıdır ki, dölətə və 100% onun səhmlərinə malik şirkətə Hasilatın Pay Bölgüsü sazişlərindən nə qədər neft (o cümlədən kondensat və qaz) çatır.

O cümlədən AR Dövlət Neft Fondu da “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi meqa layihələrdən daxilolmaları hər ay açıqlayarkən dövlətin payına düşən mənfəət nefti, kondensatı və nefti həcmcə ictimailəşdirmir.

Caspian Barrel

0

Your Cart