logo

Azərbaycanda avtomobil benzini istehsalı 6,4%, dizel istehsalı isə 26,2% azalıb

Views: 199

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,6% – 2 milyard 167,3 milyon manata qədər (cari məzənnə ilə $1,274 milyard) azalıb.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 309,2 min ton təyyarə yanacağı (artım 6,1%), 66,4 min ton soba mazutu (artım 2,6 dəfə), 228,2 min ton neft bitumu (artım 15,8%), 646,2 min ton avtomobil benzini (azalma 6,4%), 169,1 min ton birbaşa qovulan benzin – nafta (azalma 31,6%), 1 milyon 76,7 min ton dizel yanacağı (azalma 26,2%), 21,7 min ton sürtkü yağları (azalma 37,8%), 97,2 min ton neft koksu (azalma 36,8%) istehsal edilib.

2022-ci ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.

2022-ci il avqustun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 31,7 min ton avtomobil benzini, 3,9 min ton nafta, 14,7 min ton təyyarə yanacağı, 42 min ton dizel yanacağı, 10,9 min ton soba mazutu, 2,9 min ton sürtkü yağı, 17,5 min ton neft bitumu, 29,5 min ton neft koksu var.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.

0

Your Cart