2022-ci ilin I yarısında Azərbaycanda 2 milyon 536,2 min ton qaz kondensatı hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,9% azdır.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə Azərbaycanda neft hasilatının ümumi həcmində 15,4% kondensatın, qalan 84,6% və ya 13 milyon 938,01 min ton (azalma 3,8%) neftin payına düşüb.
2021-ci ildə Azərbaycanda 5 milyon 342,1 min ton qaz kondensatı (azalma 27,2%) və 29 milyon 238,6 min ton neft (azalma 3,6%) hasil edilib.
Azərbaycanda hasil edilən qaz kondensatının əsas hissəsini “Şahdəniz” yatağı təmin edir. Bu yataqdan hasil edilən məhsul tam həcmdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərilir. Kondensat hasilatında artım “Şahdəniz” yatağından qaz hasilatının həcminin tədricən artması ilə əlaqədardır.