Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qazma üzrə əhəmiyyətli artıma nail olub.
“Report”un məlumata görə, bu barədə SOCAR-ın 2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bildirilir ki, şirkət tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 % çoxdur.