2021-ci ildə SOCAR-ın xam neft satışından gəlirləri 2020-ci illə müqayisədə 59,2% – 42 milyard 65 milyon manata qədər artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə SOCAR-ın 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatında qeyd olunub.
Hesabata əsasən, şirkət ötən il neft məhsullarının satışından 19 milyard 282 milyon manat (artım 44,1%), qaz satışından 7 milyard 74 milyon manat (artım 76,2%), neft-kimya məhsullarının satışından 6 milyard 748 milyon manat (artım 2,1 dəfə) gəlir əldə edib.
Bununla yanaşı, 2021-ci ildə şirkətin icarə gəlirləri 258 milyon manat (azalma 45%), sair gəlirləri 2 milyard 104 milyon manat (artım 2,9%) təşkil edib.
Hesabat ilində SOCAR-ın ümumi gəlirləri 77 milyard 531 milyon manat məbləğində (artım 56,3%) olub.