logo

Qazaxıstan 2035-ci ilədək elektrik enerjisinin 12%-ni AES-dən əldə etməyi planlaşdırır

Views: 344

Qazaxıstan hökumətinin planlarına görə, 2035-ci ilə qədər atom elektrik stansiyasından (AES) elektrik enerjisi hasilatı ölkədəki ümumi elektrik enerjisi istehsalının 12%-ni təşkil etməlidir.

Caspian Barrel Qazaxıstan energetika nazirinin müavini Jandos Nurmaqanbetova istinadən bildirir ki, 2035-ci ilədək elektrik enerjisi istehsalının strukturunda kömürün payı 40%-ə qədər azalacaq, bərpa olunan enerji mənbələrinin payı isə 23%-ə qədər artacaq.

“Qaz istehsalının ölkənin elektrik enerjisində xüsusi çəkisi həmin müddətdə 18% təşkil edəcək, su elektrik stansiyalarının payı 7%, atom elektrik stansiyalarının payı isə 12%-ə çatacaq”, – deyə Nurmaqanbetov cümə axşamı MDB Elektrik Şurasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, 2035-ci ilədək yeni generasiya güclərinin istismara verilməsini təmin etmək tələb olunur ki, bunun da 11 GVt-ı aşağı karbon istehsalı mənbələri, o cümlədən 6,5 GVt-ı bərpa olunan enerji (günəş və külək) obyektləridir.

0

Your Cart