logo

Azərbaycanda yüksək oktanlı benzinlərin qiyməti bahalaşıb

Views: 359

2021-ci il sentyabrın 15-dən sonra Azərbaycanda Ai-95 və Ai-98 markalı benzinlərin qiyməti müvafiq olaraq 25% və 21% balaşdı

İyulun 13-dən etibarən Azərbaycanda Premium Euro-95 markalı benzinin 1 litr üçün qiyməti 25% – 2 manatadək (cari məzənnə ilə $1,18) bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan”a neft-qaz bazarındakı mənbə məlumat verib.

Bundan əlavə super Euro-98 markalı benzinin 1 litrinin qiyməti 21% artaraq 2,3 manatadək bahalaşıb.

Azərbaycanda 2014-cü ildən yüksək oktanlı benzin markaları istehsal olunmur, tələbat isə idxal hesabına ödənilir. Cari ildə neft məhsullarının qiymət artımı demək lar ki, bütün ölkələrdə müşahidə edilir, çünki xam neft ötən illə müqayisədə orta hesabla 60%-dək bahalaşıb.

Rəsmi statistikaya görə, 2021-ci ildə Azərbaycan $111 milyon 106,15 min dəyərində (artım 1,9 dəfə) 147 min 412,23 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib (artım 52%).

Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 29 min 980,66 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,8% azdır.İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $29 milyon 120,83 min (azalma 6,6%) təşkil edib.

Xüsusilə, 4 ay ərzində Rusiyadan $8 milyon 623,37 min dəyərində (azalma 3 dəfə) 9 min 403,55 ton benzin (azalma 4,1 dəfə) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 31,4%-i bu ölkənin payına düşüb.

Rumıniyadan $5 milyon 978,55 min dəyərində 6 min 713,35 ton, Bolqarıstandan $10 milyon 365,18 min dəyərində 8 min 919,17 ton, Türkmənistandan $4 milyon 153,73 min dəyərində 4 min 944,58 ton benzin idxal edilib.

0

Your Cart