logo

Azərbaycan OPEC razılaşmasının yerinə yetirilmə səviyyəsini açıqlayıb

Views: 206

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barel olub.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunun 523,5 min barelini xam neft, 108,9 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barel artırılaraq 696 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barel həcmində olması nəzərdə tutulurdu.

0

Your Cart