Amerika bankı “Goldman Sachs Group Inc.” 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna kimi 12 ay ərzində Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu qlobal tələbatın bərpası və Rusiyadan tədarükün azalması fonunda bir barel üçün 10 dollar artıraraq 135 dollara çatdırıb.
“Bloomberg” agentliyi qrupun proqnozuna istinadən yazır ki, belə qiymətlərlə qlobal neft ehtiyatları 2023-cü ilin sonuna qədər stabilləşəcək.
Çərşənbə axşamı səhər saatlarında Brent markalı neftin bir bareli təxminən 120 dollara ticarət edilirdi. İlin əvvəlindən neft qiymətləri 50%-dən çox bahalaşıb.
Ekspertlər hesab edirlər ki, hazırda dünyada neft ehtiyatları əvvəllər gözləniləndən 75 milyon barel azdır və 2022-ci ilin üçüncü rübündə bazara təklif edilən tədarük kəsiri gündə təxminən 400 min barel olacaq.
Bank ekspertlərinin fikrincə, ilin sonuna qədər Rusiyada hasilat may ayındaki gündəlik 10,8 milyon barel səviyyəsindən 1 milyon barrel azalacaq.
Caspian Barrel