logo

Büdcəyə edilən dəyişikliklərə görə neftin ptoqnoz qiyməti 70% artırılır

Views: 277

2022-ci il Azərbaycan Respublikası dövlət büdcəsinin dəyişdirilməsi ilə bağlı qanun layihəsində neftin bir barelinin orta ixrac qiyməti 50 dollardan 85 dollaradək artırılır

2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib.

Trend-in məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.

“Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülmüşdür.

Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım tempi 5,5 faiz proqnozlaşdırılır”, – deyə nazir bildirib.

2022-ci il AR dövlət büdcəsinə təklif edilən dəyişikliklər:

  Hazırda qüvvədə olan büdcə layihəsi
(mln manatla)
Dəyişikliklər təklif edilən büdcə layihəsi
(mln manatla)
ÜDM 86 600,0 115 400,0
O cümlədən neft sektoru 26 200,0 49 700,0
Qeyri-neft sektoru 60 400,0 65 700,0
Büdcənin gəlirləri 26 816,0 29 197,8
Büdcənin xərcləri 29 879,0 32 303,8
Büdcə kəsiri 3 063 3 106
Neftin orta ixrac qiyməti $50/barel $85/barel

Büdcə gəlirlərini artımının 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacağı planlaşdırılır.

0

Your Cart