logo

Rusiya rublla ödənişdən imtina etdiyi üçün Niderlanda qaz ixracını dayandırdı

Views: 204

Niderland hökuməti Moskvanın tələb etdiyi kimi qazın rublla ödənilməsinin onun üçün həddən artıq risk yaratdığını bildirib

Rusiyanın “Gazprom” şirkəti Niderlanda qaz tədarükünü ölkənin rublla ödənişdən imtina etməsi səbəbindən dayandırıb.

Caspian Barrel Rusiya qaz holdinqinin “Telegram-kanal”dakı hesabına istinadən xəbər verir ki, “Gazprom GasTerra B.V.”-yə qaz tədarükü tamamilə dayandırılıb.

Niderland Almaniya, İtaliya, Türkiyə, Avstriya və Fransadan sonra Rusiya qazının Avropa alıcıları arasında altıncı ən böyük idxalçısı idi: 2020-ci ildə ölkə Rusiyadan 11,8 milyard kubmetr qaz idxal etmişdi.

0

Your Cart