logo

“Equinor”un mənfəəti 2,5 dəfə artıb

Views: 262

Cari ilin birinci rübündə Norveçin “Equinor” neft-qaz şirkətinin xalis mənfəəti 4,714 mlrd. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

APA-Economics”in şirkətin rüblük hesabatına istinadən verdiyi məlumata görə, “Equinor” üzrə cari ilin birinci rübündə karbohidrogenlərin gündəlik hasilatı 2,106 mln. barel (neft ekvivalentində – red.) təşkil edib, bu da illik müqayisədə 3% azalma deməkdir.

Qeyd edək ki, “Equinor” Azərbaycanın neft-qaz sektorunda geniş təmsil olunur. Şirkət “Azəri-Çıraq-Günəşli” neft-qaz blokunun işlənilməsi layihəsinin iştirakçısıdır (7,27%).

Bundan əlavə, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

0

Your Cart