AK Rusiya enerji daşıyıcılarından qurtulmağın dəyərini açıqladı
Bunun üçün Avropa Komissiyası 300 milyard avro vəsaitə ehtiyac olduğunu açıqlayıb, təxminən 75 milyard subsidiya və 225 milyard kredit.
Caspian Barrel RBC-ya istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Rusiyanın enerji asılılığından azad olmasının üç prinsipə əsaslanacağını: enerjiyə qənaət, tədarükün şaxələndirilməsi və bərpa olunan mənbələrə keçidin sürətləndirilməsi bəyan edib.
Yenidən işlənmiş planı təqdim edərkən, Ursula fon der Leyen prosesin inkişaf etməsini qənaətbəxş adlandırıb.

O xatırladıb ki, Avropa İttifaqı Rusiya kömürdən artıq imtina edib və 2022-ci ildə Rusiya qazının tədarükü Aİ-nin istehlak strukturunda 26%-ə qədər azalıb, baxmayaraq ki, 2021-ci ildə 40% təşkil etmişdi.
Bununla belə, rəsmi Brüssel Aİ-nin Rusiya enerji daşıyıcılarından asılılığının azaldılmasını sürətləndirməyi qarşısına bir vəzifə kimi qoyur. Ona nail olmaq üçün, Ursula fon der Leyen izah edib ki, üç səviyyədə addımlar atılmalıdır.
İstehlakçıların enerjiyə qənaəti. Avropa Komissiyasının rəhbəri bunu mövcud vəziyyətdə uğur əldə etməyin ən sürətli və ən ucuz yolu adlandırıb.
Tədarükün şaxələndirilməsi. Rusiyadan tədarükün digər etibarlı təchizatçılarla əvəz edilməsi.
Bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi. Bu səviyyədə AK öz mənbələrinin ümumi strukturunda bərpa olunan enerjinin payını 45%-ə qədər artırmağı təklif edib.