logo

Əliyev investorları azad edilmiş ərazilərin enerji infrastrukturuna yatırım etməyə çağırdı

Views: 162

Azərbaycan prezidenti İlham Əliyev fərdi sahibkarları Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının bərpasıda iştiraka dəvət edib.

“Ötən il “Azərenerji”azad edilmiş torpaqlarda 20 meqavat gücündə 4 Su Elektrik Stansiyasını bərpa edib: ikisi Suqovuşanda, biri Laçında, biri isə Kəlbəcər rayonunda. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər», – Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək.

“Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər (bu layihələrin maliyyələşdirilməısində iştirak – İF)”, – Əliyev deyib.

O cümlədən, prezident bildirib ki,hazırda xüsusilə, Kəlbəcər rayonunda külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər.

“Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30%-ə artırmalıyıq, – mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, – həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik”, – Əliyev vurğulayıb.

Həmçinin, dövlət başçısı bildirib ki, 2022-ci ildə “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. “İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür – 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq”, – Əliyev bəyan edib.

Həmçinin, prezident məlumat verib ki, BP şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. “Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq”, – Əliyev deyib.

“Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir, burada doğrudan da çox unikal bir potensial var”, – Əliyev yekun vurub. 

interfax

0

Your Cart