logo

Dövlətin AÇG və Şahdənizdən gələn mənfəəti 2,3 dəfə artıb

Views: 364

2022-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar 2 mlrd 225 mln 125 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,3 dəfə çoxdur.

Caspian Barrel ARDNF-ə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarında Neft Fondunun AÇG yataqlar blokundan əldə etdiyi gəlir
1,9 dəfə artaraq 1 milyard 866 milyon dollar təşkil edib.

Bundan əlavə, ARDNF-nin 2022-ci ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından əldə etdiyi ümumi gəlir
12,3 dəfə artaraq 359 mln 125 min dollara çatıb. Bu zaman kondensatın satışından əldə edilən gəlir 62 mln 494 min dollar (artım 2,1 dəfə), qaz satışından isə – 296 mln 631 min dollar təşkil edib.

Fondun məlumatına görə, 2001-ci ildən 2022-ci il aprelin 1-dək Azərbaycanın AÇG yataqlar blokundan məngəət neftinin satışından ARDNF-ə daxil olan ümumi gəlir 157 mlrd 239 mln dollara qədər yüksəlib.

“Şahdəniz” yatağından hasil edilən və dövlətə çatan mənfəət qaz və kondensatın satışından gələn gəlirlər isə 2007-ci ildən 1 aprel 2022-ci ilə qədər 4 mlrd 911 mln dollar təşkil edib.

0

Your Cart