logo

Türkiyənin Rusiya qazından asılılığı 51%-dən 40%-ə enib

Views: 509

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, dörd il ərzində Türkiyənin Rusiya qazından asılılığı 51%-dən 40%-ə qədər azalıb.

Türkiyə 30 ildən artıqdır ki, Rusiyanı etibarlı qaz təchizatçısı kimi görür və tədarükünü davam etdirəcəyini gözləyir.

“Biz yeni enerji mənbələrinin tapılması, qaz ixracının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinə sərmayə qoyulması üçün çox çalışırıq. Türkiyənin Rusiyadan təbii qazdan asılılığı hazırda 40%-dən aşağı düşüb”, – deyə Çavuşoğlu Dohada keçirilən forumda çıxışı zamanı bəyan edib.

TurkStream: Europe needs gas and Russia has it - the story behind that new  pipeline | Euronews

Caspian Barrel xatırladır ki, 2021-ci ildə Türkiyə Rusiyadan 26,34 milyard kubmetr qaz idxal edib: 15,98 milyard kubmetr “Mavi axın”, 10,36 milyard kubmetr isə “Türk axını” boru kəməri ilə.

0

Your Cart