logo

Rusiyanın 2021-ci ildə neft-qaz qazancı

Views: 340

Ötən ilin yekunlarına görə, Rusiya neft, neft məhsulları və qaz ixracından ümumilikdə $243 mlrd vəsait əldə edib. Caspian Barrel bu haqda məlumatı Rusiya Federal Gömrük Xidmətinin saytından əldə edib.

2021-ci ildə Rusiya 230 mln ton xam neft ixracından $110,12 mlrd;

  • 144,3 mln ton neft məhsulu ixracından – $70 mlrd;
  • 203,5 mlrd m3 təbii qaz ixracından isə – $55,51 mlrd vəsait əldə edib.

Bundan əlavə 2021-ci ildə Rusiyanın maye qaz (LNG) ixracından $7,32 mlrd gəlir əldə etdiyi açıqlanıb.

Ötən il Rusiyanın təbii qaz ixracının 185,1 mlrd m3-u “uzaq xaric” ölkələrinin payına düşüb: bunun 10 mlrd kubmetri Çində, 174,9 mlrd m3-i isə Avropa bazarında (Türkiyə daxil) satılıb.

Türkiyə Enerji Bazarlarını TƏnzimləmə Agentliyinin (EPDK) məlumatına əsasən, 2021-ci ildə Rusiyadan qaz idxalı 26 mlrd 342,67 milyon kubmetr təşkil edib.

Rusiyanın “Gazprom” şirkəti Türkiyə 2021-ci ildə “Mavi axın” kəməri ilə 15,98 mlrd kubmetr, “Türk axını” kəməri ilə isə – 10,36 mlrd kubmetr qaz ixrac etdiyini açıqlayıb.

Bu məlumatdan çıxış edərək deyə bilərik ki, ötən il Rusiyanın sırf Avropa bazarında qaz satışı həcmləri 148,56 mlrd kubmetr təşkil edib.

İlham Şaban

0

Your Cart