“Petkim” 2021-ci ildə Egey İxracatçı Birlikləritərəfindən “İxracatın ulduzları” siyahısında birinci yeri tutub. 2020-ci ildə olduğu kimi,2021-ci ildə də ixracat sahəsində öz mövqeyini qoruyan Petkim 810,9 milyon dollar ixrac gəliri əldə edib.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”-nin törəmə müəssisəsi “Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb. Egey İxracatçı Birliklərinin (EİB) açıqladığı ənənəvi “İxracatın ulduzları”siyahısında “Petkim” bütün sektorlar kateqoriyasında da ilk sırada qərarlaşıb.
810,9 milyon dollarlıq məhsul ixrac edib
Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olan Petkim iki ildir davam edən pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq fasiləsiz istehsalıdavam etdirmək üçün yerli istehsalçıların ehtiyaclarınınödənilməsinə üstünlük verib. Petkim uzun illər təkrar olunduğu kimi 2021-ci ildə də Egey bölgəsində ixracat lideri adına sahib olub. İki illik fasilədən sonra yenidən təkcə kimya deyil, bütün sektorlar üzrə birinci olan Petkim 2021-ci ildə810,9 milyon dollar həcmində ixracat həyata keçirib.
STAR NEZ ilə sinerji
2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə Petkim istehsal gücündən istifadə əmsalını 87,9%-dən (2020-ci il) 92,6%-ə (2021-ci il) yüksəldə bilib. “SOCAR Türkiyə”-nin digər bir törəmə müəssisəsi olan STAR NEZ ilə inteqrasiyası sayəsində yaranan sinerji ilə istehsalı davam etdirən “Petkim” həmçinin2021-ci ili 5,5 milyard TL xalis mənfəətlə başa vurub.
Caspian Barrel