logo

Şahbazov: OPEC+ formatı 2022-ci ildən sonra da saxlanılmalıdır

Views: 188

OPEC+ əməkdaşlıq formatını 2022-ci ildən sonra da saxlamaq lazımdır. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.

Nazir xatırladıb ki, 2016-cı ildə əməkdaşıq haqqında Bəyyanamə imzalandığı zaman əsas hədəflərdən biri təklif və tələb arasında balansın təminatı hesabına sabitliyin nail olunması olub.

“COVİD-19 pandemiyası ilə əlaqədar fünya iqtisadiyyatında bu yaxınarda meydana gələn qeyri-müəyyənik, həmçinin yaşıl enerji sahəsində artan təşəbbüslər bazar balansı üçün səmərəli alətin zəruriliyini təsdiq edir. Düşünürəm ki, balans aləti kimi OPEC+ platforması 2022-ci ildən sonra da lazım olacaq. İxracatçı ölkələr bu səmərəli əməkdaşıq təməlini dəstəkləməlidir və neft bazarında davranış xəttini qarşılıqlı müzakirələr və anlaşma yolu ilə qurmalıdır”, – Şahbazov OPEC-in aylıq bületenində dərc olunan müsahibəsindəı bildirib.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirin sözlərinə görə, 2016-cı ilin dekabrında yarandığı andan etibarən OPEC+ əməkdaşlıq formatı bazarda stabilliyə imkan yaradır.

“Bu mənada hazırda neft bazarı daha çevik və səmərəli monitorinq mexanizminə malikdir. Bir sıra təsirli amillər hesabına neft sahəsi resessiyadan qorundu. Hesab edirəm ki, OPEC+ ölkələri 5 il ərzində təklif və tələbin balansının təminatı, eft qiymətlərinin sabitliyi və ümumi maraqlar üzrə tarixi missiyasını uğurla yerinə yetiriblər. Bu gün neft bazarı daha balanslaşdırılmışdır, nəinki digər enerji bazarları və bu bizim ümumi uğurumuzdur”, – Şahbazov qeyd edib.

Eyni zamanda, nazie qeyd edib ki, hazırda azarda vəziyyətin nikbin görünməsinə baxmayaraq, gələcəkdə dayanıqlığın təminatı zəruridir. Karbohidrogenlər, həmçinin neft barəsində artan qeyri-müəyyənlik şəraitində bazarın mühüm dərəcədə tənzimlənməsi zəruridir.

“Kəskin disbalans heç kimə lazım deyil. Enerji bazarında sabitlik hər birimizin maraqlarına cavab verir və OPEC+ qərarları bunun üçün daha əlverişli həlləri təmin edir”, – o bildirib.

Nazir həmçinin qeyd edib ki, 209-cu ildə qəbul olunan “Əməkdaşlıq haqqında Xartiya” OPEC ölkələri və OPEC-ə daxil olmayan dövlətlər arasında qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı.

“Düşünürəm ki, həyata keçirilən tədbirlər və indiyədək qəbul edilən qərarlar özünü təsdiqləyib və Xartiyanın gələcəyinə inamı artırıb. Hesab edirəm ki, Xartiya ixracatçl-ölkələr, istehlakçılar, investorlar və ümumilikdə dünya iqtisadiyyatını əsas oyunçuları arasında bazarda balansın dəstəklənməsi üzrə layiqli missiyasını bundan sonra da yerinə yetirəcək”, – o bildirib.

OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb. “OPEC plus” ölkələri nazirlərinin 2021-ci il iyulun 18-də keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” 2021-ci il avqustun 1-dən 2022-ci il dekabrın sonunadək qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artıracaq.

Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin yanvar ayında 661 min barelə, fevral ayında 668 min barelə, martda – 675 min barrelə çatdırılacaq.

İnterfaks-Azərbaycan

0

Your Cart