logo

Əliyev: Azərbaycan Avropaya elektrik enerjisi ixrac edə bilər

Views: 263

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkəmiz Avropaya elektrik enerjisi ixracı üçün potensiala malikdir.

“Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası – külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik”, – Əliyev cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı məlumat verib ki, işğaldan azad edilmiş ərazilər (Qarabağ və Şərqi Zəngəzur – İF) bərpaolunan enerji mənbələri nöqteyi-nəzərindən böyük potensiala malikdir. “Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur”, – o vurğulayıb.

Həmçinin, Əliyev məlumat verib ki, Xəzər dənizi külək enerejisi nöqteyi-nəzərindən böyük texniki potensiala malikdir. “lkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq”, – dövlət başçısı məlumat verib.

Prezident qeyd edib ki, region ölkələri eıeltrik enerjisi ixracı üçün çox perspektivlidir. “Bizim yaxınlığımızda ixrac bazarları, özü də artan ixrac bazarları var. Məsələn, iqtisadiyyatı artan, əhalisi artan Türkiyə kimi ölkə, düşünürəm ki, bizim üçün əsas bazardır, həmçinin əhalisi eynilə artan İran. Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər”, – Əiyev yekun vurub.

interfax

0

Your Cart