logo

Ərdoğan Azərbaycan ilə Türkiyə arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib

Views: 210

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Memorandum 22 dekabr 2021-ci ildə Bakıda imzalanıb.

Sərəncam və Memorandumun mətni çərşənbə axşamı “Resmi gazete”də dərc olunub.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, Memorandum Türkiyənin BOTAS şirkəti tərəfindən 31 dekabr 2024-cü ilədək illik 1,7 milyard kubmetrədək qazın “SOCAR Turkiye Enerji”nin müəssisələrinin zəruri tələblərinin təmin edilməsi məqsədilə “SOCAR Turkey Refining and Petrochemical Business Unit” (“SOCAR Turkiye Enerji”nin bölməsi) şirkətinə nəqlini nəzərdə tutur.

Bundan əlavə, sənədə əsasən, Türkiyə tərəfi “upstream” layihələri çərçivəsində hasil ediləcək Azərbaycan qazının və ya qaz kəmərləri Azərbaycandan keçməklə nəql ediləcək qazın əlavə həcmlərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərlərinin mövcud texniki imknalarından maksimum istifadə etməklə nəqli üçün bütün səylərdən istifadə etməyə hazırlıq ifadə edib. Eyni zamanda, Türkiyə tərəfi daxili bazarda bu həcmlərin kommersiya əməliyyatları üçün zəruri dəstək verməyə hazırdır.

Sənədə görə, iki ölkə səmərəli hesab olunan və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığa dair razılığa gəlib. Bu razılıqlar çərçivəsində SOCAR və BOTAS şirkətləri fəaliyyət göstərəcəklər, həmin fəaliyyət birbaşa v ya zərurət yaranacağı halda törəmə müəssisələri tərəfindən həyata keçiriləcək.

interfax

0

Your Cart