logo

Orta əmək haqqına nə qədər benzin almaq olar – reytinq

Views: 271

RİA Novosti-nin reytinq tədqiqatlarına əsasən, 2022-ci ilin əvvəlində orta aylıq əmək haqqı ilə Rusiya vətəndaşları bir çox Şərqi Avropa ölkələrinin sakinlərindən daha çox benzin ala bilərlər.

Eyni zamanda Rusiya benzinin qiymətinə görə Avropanın ikinci ən ucuz ölkəsi olub – orta hesabla onun dəyəri litr üçün 51,3 rubl (1,12 AZN) təşkil edir.

“Risiya vətəndaşları orta aylıq əməkhaqqı ilə təxminən 920 litr Ai-95 markalı benzin ala bilirlər. Benzinin əlçatımlığına görə Rusiya bir çox Şərqi Avropa ölkələrini, eləcə də qonşu Ukrayna və Belarusu qabaqlayır”, – araşdırmada bildirilir. Hesablamalar dövlətlərin rəsmi statistik məlumatları əsasında aparılıb.

Avropada benzinin əlçatımlığı reytinqində Lüksemburq sakinlərinin lider olduğu müəyyən edilib. Onlar orta əmək haqqı ilə təxminən 2300 litr Ai-95 markalı benzin ala bilirlər. İkinci yeri 2100 litrlə Norveç tutub. İlk beşliyə Avstriya, Böyük Britaniya və Danimarka daxil olub.

Avropa ölkələrindən ən bahalı benzin Hollandiyada satılır, Rusiya valyutası ilə hesablandığə təqdirdə – litri 169,1 rubl (3,71 AZN) təşkil edir. Sonrakı yerləri Finlandiya, Danimarka, Norveç və İsveç tutur. Bu ölkələrdə benzinin bir litri 150 rubldan baha (3,29 AZN) olacaq.

Ukrayna reytinqin autsayderi olub. Bu ölkə vətəndaşlarının cəmi 384 litr yanacaq almaq imkanı var.

Ukraynada benzin Avropa ölkələri arasında ucuz benzinlər sırasındadır, lakin əmək haqqının nisbətən aşağı səviyyədə olması onu əhali üçün münasib olmağa imkan vermir. Ukraynadan başqa Rumıniya, Slovakiya, Bolqarıstan və Macarıstan da benzinin əlçatımlığı reytinqdə sonuncu pillələrdə qərarlaşıblar.

RİA Novosti

0

Your Cart