logo

2021-ci ildə Rusiya neftinin orta qiyməti 1,7 dəfə artıb – nazirlik

Views: 315

Rusiyanın əsas ixrac əmtəəsi olan Urals markalı neftinin orta qiyməti ötən il 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq bir barel üçün 69 dollara çatıb.

Caspian Barrel Rusiya Maliyyə nazirliyinin məlumatına istinadən bildirir ki, “Urals” markalı neftin orta qiyməti 2021-ci ilin yanvar-dekabr aylarında (orta illik) bir barel üçün 69,0 dollar, 2020-ci ildə isə 41,73 dollar təşkil edib.

Eyni zamanda, ötən ilin dekabrında “Urals” markalı neftin orta qiyməti bir barel üçün 72,71 dollar təşkil edib ki, bu da 2020-ci ilin dekabrındakı orta
göstəricidən (49,37 dollar/barel) 1,5 dəfə çoxdur, deyə nazirliyin məlumatında bildirilir.

0

Your Cart