“Hazırda Azərbaycanda qazlaşdırılmamış region yoxdur”
“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, rayonlar üzrə hər hansı bir ayrı seçkiliyə yol verilmədən qazlaşdırmanın həyata keçirilməsi hokumətin əsas hədəflərindən biridir.
“Ölkədə qazlaşdırmanın səviyyədi 96,3 % təşkil edir”, – deyə hökumət başçısı qeyd edib.