logo

Azərbaycanın Neft Fondunun 22 yaşı tamam oldu

Views: 207

1999-cu il 29 dekabr tarixində təsis edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bugün 22 yaşını qeyd edir.

Caspian Barrel ARDNF-ə istinadən məlumat verir ki, 2001-ci ildə fəaliyyətə başlayarkən 270 mln. ABŞ dolları məbləğində vəsaitə malik olan ARDNF-nin hazırki aktivlərinin məbləği 44 mlrd 226,4 mln ABŞ dolları təşkil edib.

Neft Fondunun məlumatında bildirilir ki, tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi məqsədi ilə fəaliyyətinə başlayan Dövlət Neft Fondu 22 ildir bu missiyanı layiqincə yerinə yetirir və bundan sonrakı fəaliyyətində də missiyasına sadiq qalaraq ölkənin tərəqqisi naminə çalışmağa davam edəcəkdir.


0

Your Cart