2021-ci ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycanda 31 milyon 613,4 min ton neft və kondensat hasil edilib.
Caspian Barrel Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə maye karbohidrogenlərin hasilatı ölkədə 0,2 faiz azalıb.
Amma əmtəəlik neft və kondensat hasilatının həcmlərinə görə cari ilin nəticələri ötən ilin göstəriciləri ilə eyniləşib: 31 milyon 554,1 min ton.
Qeyd edək ki, 2020-ci ilin nəticələrinə görə, Azərbaycanda 34 milyon 585,4 min ton neft hasil edilmişdi.