logo

Azərbaycan noyabrda “OPEC+” razılaşması çərçivəsində öhdəliyini 110% yerinə yetirib

Views: 171

2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 588,9 min barel (oktyabrda 585,9 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.

“2021-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib”, – deyə məlumatda bildirilir.

Bu ilin noyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 647 min barel olub. Beləliklə, Azərbaycan noyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 110% yerinə yetirib.

“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.

interfax

0

Your Cart